​Çikaqo Universitetinin professoru ATU-da qonaq olub -

Çikaqo Universitetinin professoru, Amerika İmmunologlar Assosiasiyasının üzvü, Amerika Mikrobiologiya Cəmiyyətinin üzvü, doktor Nadim Fazal Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasının qonağı olub.

Metbuat.az xəbər verir ki, Amerika Fiziologiya Cəmiyyətinin, Amerika İnsan Genetikası Cəmiyyəti və Amerika Əczaçılıq Kollecləri Assosiasiyasının üzvü olan doktor N.Fazal kafedranın nəzdindəki muzeyin fəaliyyəti ilə tanış olub.

Dr. Fazal kafedranın baş müəllimi Leyla Süleymanovanın stomatologiya fakültəsinin 418i3a qrupunda keçirilən praktiki məşğələsində də iştirak edib. İnteraktiv formada keçən dərsin sonunda amerikalı mütəxəssis tələbələri maraqlandıran sualları cavablandırıb.

Aysel Yaqubqızı / Metbuat.az

Azərbaycanda 950 nəfər İİV infeksiyasından vəfat edib - Səhiyyə Nazirliyi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR