“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru saytına istinadən yazır ki, mobil proqram vasitəsilə robot kuryeri çağırmaq mümkün olacaq. “Wing” şirkətinin müştəriləri çəkisi 1,5 kq-dək bağlamanı 10 kilometrədək məsafəyə göndərə biləcəklər. Dron insanı yaralamamaq üçün təhlükəsizlik baxımından yerə enmir: sifariş tilov ipi vasitəsilə qaldırılır və endirilir.
Finlandiya “Wing” şirkəti üçün Avropada ilk bazar olub. Bundan əvvəl şirkət yalnız Avstraliyada sınaqlar keçirib: orada robot kuryerlər dərman, yemək, qəhvə və lazımi predmetləri çatdırmaqla təxminən 55 min dəfə uçuş həyata keçirib.
Emil Hüseynov