"Boka Xunyors" və "River Pleyt" arasında oynanılacaq Libertadores Kuboku finalın cavab görüşü öncəsi Argentina küçələrində hərəkətli anlar yaşanıb.

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

Milli.Az xəbər verir ki, Argentinada baş verən olaylara görə final matçı Madrid "Real"ının "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. İspaniya paytaxtında keçiriləcək oyun üçün yola düşən "Boka Xuniors"u azarkeşlər yola salıb.

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

Axşam saatlarında küçələrə axışan "Boka" tərəfdarları komandanın avobusunun yola düşməsi ilə sevgilərini göstərməyə başlayıblar.

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

Fişənglər və məşəllərlə komandalarının avtobusunun keçəcəyi yollarda dayanan azarkeşlər sarı-göy rənglərlə unudulmaz görüntülər yaradıblar. Avtobusun ön tərəfinə yığılan futbolçular azarkeşlərin yaratdığı şounu izləmək üçün bir-birləri ilə yarışıblar.

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

"Boka Xuniors"u aparan təyyarədə klub personalından başqa motivasiya üçün futbolçuların ailələri də yer alıb.

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

81 min nəfərlik "Santiaqo Bernabeu" stadionunda satışa çıxarılan biletlərin hamısı cəmi 2 gün ərzində "Boka Xuniors" və "River Pleyt" azarkeşləri tərəfindən alınıb.

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

Argentina mətbuatı "Libertadores Kuboku tarixinin ən bahalı oyun biletləri satıldı" başlıqlı xəbərdə orta aylıq əməkhaqqının 695 avro olduğu Buenos Ayresdən Madridə getmək üçün bir azarkeşin 2200-3200 avro xərcləyəcəyini yazıb.

Libertadores tarixinin ən bahalı finalı - Azarkeşlər "Boka Xuniors"u Madridə belə yola saldılar - FOTO

Qeyd edək ki, "River Pleyt" - "Boka Xuniors" matçı 9 dekabr tarixində Bakı vaxtilə saat 23:30-da start götürəcək. Bu komandalar arasında "La Bombonera"da baş tutan ilk oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

Elçin Əlixan
Milli.Az