Düzgün qidalanmayan insanlarda damar tıxanıqlığı yarana bilər. Tıxanmış damarlar isə ölüm riskini artırır. Buna görə də, damar sağlamlığına diqqət etmək lazımdır.
Metbuat.az Türkiyə mediasına istinadən, təbii üsulla damarları təmizləyən qarışımı təqdim edir.
Qarışımın tərkibi:
250 ml zəncəfil suyu
250 ml sarımsaq püresi
250 ml limon suyu
250 ml alma sirkəsi
5 yemək qaşığı bal
Hazırlanmasına gəldikdə bal istisna olmaqla bütün məhsulları qarışdırın və orta atəşdə yarım saat bişirin. Qarışımı dayanmadan qarışdırmaq lazımdır. Daha sonra kənara alıb soyumasını gözləyin. Qarışıma bal əlavə edib qarışdırın. Hazırlanan qarışımı təmiz şüşə qaba əlavə edib bir yaxud 2 ay gözləyə bilərsiniz. Bu qarışımdan hər səhər acqarına bir şorba qaşığı içə bilərsiniz.
Qarışımı hazırlamazdan əvvəl mütləq həkimlə məsləhətləşin.
Aysel Yaqubqızı / Metbuat.az