Səhərlər şirin çay içənlər, bu xəbəri MÜTLƏQ oxuyun -

Şəkərli diabet insan hüceyrələrində dövr edən qlükozanın həddindən artıq çoxalması nəticəsində meydana çıxan metobolik xəstəlikdir.

Bunu Metbuat.az-a açıqlamasında tanınmış dietoloq-nutrioloq, “Sağlam Bəslən-Arıqla", "Секреты ожирения ключ к похудению" kitablarının müəllifi Leyla Zülfüqarlı deyib.

Həkimin sözlərinə görə, diabetin özünün də tipləri var. 1-ci tip diabetdə hər hansı səbəbdən mədəaltı vəzin insulin ifraz edən hüceyrələri məhv olur. Mədəaltı vəzi ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. Bu tip xəstələr insulin iynələri ilə uzun müddət müalicə almalı olurlar.

Həkimin sözlərinə görə, 2-ci tip diabet xəstəliyi isə sırf yaşam tərzi və qidalanmağımızla bağlıdır. Düzgün qidalanmayan və normal yaşayış tərzi olmayan insanlarda metobolik aparat ləngiyir və ürək-qan damar sistemi xəstəlikləri, şəkərli diabet və.s əmələ gəlir.

Leyla Zülfüqarlı deyir ki, ölkə olaraq bəzi vərdişlərimiz var ki, onlar bizi şəkərli diabetə doğru aparır:

“Xalq olaraq mətbəximizdə səhərlər şirin çay içməyi vərdiş halına gətirmişik. Təəssüf ki, valideynlər uşaqlarını dərsə yola salanda şirin çay içirirlər ki, zehinləri açıq olsun. Onlar düşünmürlər ki, bu hərəkətlə övladlarını 2-ci tip diabetə bir qədər də yaxınlaşdırmış olurlar. Bu xəstəlikdən qorunmaq üçün mütləq şəkər və şəkərli qidalara yox deməli, düzgün seçilmiş çörəkdən minimum istifadə etməliyik”.

Həkim əlavə edib ki, hamiləlik dövründə qadınlarda hormonal dəyişikliklərə bağlı gestasional diabet adlandırdığımız diabet tipi meydana gələ bilər.

Bu tip diabet əsasən hamiləliyin 2-ci yarısından meydana çıxır və hamiləlikdən sonra qanda şəkər normallaşır.

Aysel Yaqubqızı / Metbuat.az

Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? – Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR