Ötən gecə baş vermiş avtobus qəzasının görüntüləri -

Ötən gecə Xocahəsəndə baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayılıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusun aşması nəticəsində avtobusda olan şəxslərdən 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Daha sonra həmin şəxslərdən 6-si yüngül xəsarətlər aldığından öz xahişləri ilə ambulator müalicəyə göndəriliblər, yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, BNA-nin yaydığı məlumata görə, qəzaya ilkin səbəb minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması olub. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR