“Azərbaycan lider ölkələrdən birinə çevriləcək” - İnam Kərimov

"Ölkəmizdə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi ötən illə müqayisədə 4,3 faiz artıb. Ət və süd məhsulları ilə özünütəminetmə artıq 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur".

Metbuat.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən AgTech and Green Energy Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq: "Çünki innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, aqrar sektorda texnologiyaların tətbiqi istehsalat xərclərini təxminən 15% azaldır. Eyni zamanda məhsuldarlıq ən azı 13% artır. Mobil informasiya xidmətləri hesabına 2020-ci ilə qədər dünyanın kənd təsərrüfatında əlavə 52 milyard dollarlıq gəlir əldə olunacaq".

İ.Kərimov qeyd edib ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək.

Sərdar Məmmədov

Müzəffər İsmayılov

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR