Ariana Qrande 93 yaşlı nənəsi ilə tatu vurdurdu -

Ariana Qrande ötən həftə "Billboard" tərəfindən "İlin qadını" mükafatına layiq görülüb.

Metbuat.az ölkə.az-a istinadən xəbər verir ki, məşhur müğənni bu hadisəni tatu salonunda qeyd etmək qərarına gəlib.

Ariana ilə birlikdə onun 93 yaşlı nənəsi Marcori Qrande də tatu salonuna yollanıb. O, bədəninə döymə vurdurmaq qərarına gəlib. 93 yaşlı nənə həyatının ilk tatusunu bədəninə vurdurub.Marcori sol əlinin adsız barmağına son əri Frenk Qrandenin "Çikko" ləqəbini tatu kimi vudurub. Ariana isə ovcuna ay və ulduz döyməsi vurdurub.

Ariana Qrande 93 yaşlı nənəsi ilə tatu vurdurdu - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR