Baltik ölkələrinin, Polşa və Finlandiyanın iqtisadiyyat və nəqliyyat nazirləri Tallinndə keçirilən görüşdə vahid vaxta keçmək barədə razılığa gələ bilməyiblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqının (Aİ) qərarına görə, Aİ ölkələri yay və ya qış vaxtında qalmaqla əqrəblərin çəkilməsindən imtina etmək niyyətlərini özləri müəyyənləşdirməlidirlər. Özü də tövsiyə edilib ki, qonşu dövlətlər bu məsələ ilə bağlı öz aralarında razılığa gəlsinlər. Estoniyanın vəziyyətini çətinləşdirən budur ki, onun şimal qonşusu Finlandiya orada keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə qış vaxtında qalmaq niyyətindədir. Amma cənub qonşuları Latviya və Litva yay vaxtına üstünlük verirlər.

Estoniya hökuməti daha əvvəl bəyan edib ki, saat əqrəblərinin çəkilməsindən 2021-ci ildə imtina etmək niyyətindədir.

Milli.Az