ABŞ Ermənistana gedənlərə xəbərdarlıq etdi

ABŞ-ın İrəvandakı səfirliyi vətəndaşlara xəbərdarlıq edib ki, dekabrın 12-də Ermənistana səfər edərkən ayıq-sayıq olsunlar.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat yerləşdirilib.

“ABŞ-ın İrəvandakı səfirliyi tətil mövsümünün yaxınlaşması ilə əlaqədar vətəndaşlarını sayıq olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - məlumatda bildirilib.

Qeyd olunub ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan şəxslər tərəfindən hər zaman təhlükə mövcuddur: “Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR