Millimizin rəqibləri müəyyənləşib

Dünən 2020-ci ildə Litvada keçiriləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilən tədbirdə mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan millisinin rəqibləri məlum olub.

Yığmamız 3-cü qrupda yer alıb. Komandamız Slovakiya, həmçinin ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə mübarizə aparacaq.

H qrupunda Finlandiya, meydan sahibi Moldova, Uels və Şimali İrlandiya qüvvəsini sınayacaq. G qrupunda Hollandiya, Monteneqro, Estoniya və meydan sahibi Bolqarıstan yer alıb.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR