"Real" mənasız oyunda darmadağın oldu

"Real" mənasız oyunda darmadağın oldu
01:18 13 Dekabr 2018
39 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Real Madrid"lə Rusiyanın MOİK komandası qarşılaşıb.

Trend-in məlumatına görə, "G" qrupunun oyunu "Santiaqo Bernabeu" stadionunda baş tutub, qonaq komanda madridlilərin qapısından 3 cavabsız qol keçirib.

Oyunda hesabı 37-ci dəqiqədə Fyodor Çalov açıb, 6 dəqiqə sonra hesabda fərq artıb - Georgi Şennikov fərqlənib. Oyunda sonuncu qolu Arnor Siqurdson vurub. Beləliklə oyun 0:3 MOİK komandasının qəlbəsi yekunlaşıb. Ancaq məğlubiyyət turnir cədvəlində dəyişikliyə səbəb olmayıb.

Qrupun digər oyunu Çexiyada keçirilib. "Viktoria Plzen" İtaliyanın "Roma"sını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Yan Kovarik (62' - 1:0), Çengiz Ündər (68' - 1:1), Tomas Çori (72' - 2:1).

Nəticə etibarı ilə, "Real Madrid" və "Roma" klubları Çempionlar Liqasının, "Viktoria Plzen" isə (MOİK-lə şəxsi görüşlərin nəticəsinə görə) Avropa Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/262923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR