Kral ailəsində söz-söhbət

Aralarının sərin olduğu deyilən İngilis kral ailəsinin iki gəlini heyranlarını iki yerə bölüb.

Üstəlik bu dəfə sosial media savaş meydanına çevrilib.

Metbuat.az xəbər verir ki, İngiltərə kral ailəsinin iki gəlini Kate Middleton və Meghan Markle keçən gün bir-birilərindən fərqli tədbirə gedib. Middleton əri Şahzadə Villiam ilə birlikdə bir uşaq xəstəxanasını ziyarət edib. Meghan Markle isə Britanya Moda Mükafatları gecəsinin sürpriz qonağı olub və mükafat verib. İki gəlinin fərqli tədbirlərdə göstərdiyi fərqli mövqelər və geyimləri heyranları arasında fikir ayrılıqlarını başladıb. Sosial media Middleton və Marklen heyranlarının mübahisəsinə şahid olub.

Hər zamanki tərzindən keçə bilməyən Middleton yaşıl paltarıyla bir uşaq xəstəxanasını ziyarət edib. Middletonun bu paltarı Marklen heyranları tərəfindən "qoca nənə paltarı" kimi xarakterizə edilib. Bəziləri Middleton üçün "dünyanın ən sıxıcı qadını" şərhini yazıb.

Əlbəttə Middleton heyranları da boş durmayıb. Onlar gələcəyin kral həyat yoldaşı olan Middletonun bu vəzifəsinə uyğun geyindiyini və çox zərif olduğu fikrini bildiriblər.

Meghan Markle isə Britaniya Moda Mükafatları əhatəsində sürpriz bir şəkildə səhnəyə çıxıb. Dar, dərin yarıqlı paltar geyinən Markle hamiləliyini hamıya göstərib.

Amma göstərdiyi zərafət belə onu tənqidlərdən qoruya bilməyib.

Markle ən çox tünd rəngli dırnaq boyası ilə diqqət çəkib. Kral ailəsi üzvlərinin dırnaqlarını tünd rəng boyaması qadağandır. Ancaq Markle bu qaydanı yerlə bir edib.

Bu arada iki tanınmışın heyranları arasındaki gərginliyi yumşaltmağa çalışanlar da olub. Onlar hər iki gənc qadının fərqli xarakterlərə sahib olduğunu və fərqli işlərlə məşğul olduğunu bildiriblər: "İcazə verin hərkəs öz həyatını yaşasın" deyiblər

Sevinc Kərimova/METBUAT.AZ

Bozun əlli çaları kinosunun gözəl oyunçusu Dakota Johnson -“Sevişmə səhnələri çox sıxıcıdır.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR