​Neslihan Atagül və Kadir Doğulu

Son zamanlarda tez-tez həyat yoldaşı Kadir Doğulu ilə boşanacaqları deyilən Neslihan Atagül bu iddialara cavab verib.

Gözəl aktrisa haqqlarında tez-tez çıxan bu xəbəri yalanlayıb.

Metbuat.az xəbər verir ki, Neslihan Atagül ötən axşam məkan çıxışında görülüb və onlar haqqında deyilən iddialara aydınlıq gətirib.

Neslihan Atagül “Ayrılıq xəbərləri doğrudurmu?” sualına “Elə bir şey yoxdur. Hər şey qaydasındadır” cavabını verib.

Qeyd edək ki, Kadir Doğulu da ötən günlərdə bu iddialar haqqında “Hərkəs istədiyi kimi yaşayır. Sizlərlə qarşılaşmaq kimi bir mecburiyyətimiz yoxdur. Burada danışdıqlarımız ekranda fərqli verilir və bu mənim xoşuma gəlmir” deyib.

Sevinc Kərimova METBUATAZ

Könülləri xoş edəcək addım -Tuğba Böyüküstün


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR