Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci intensiv Təlim Kursu keçirilir

Bu gün Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci intensiv Təlim Kursu keçirilir.

Tədbirin informasiya dəstəkçilərindən "Uptodate İn Medicine" şirkətinin əməkdaşı Mərziyyə Məmmədova Metbuat.az-a bildirib ki, kursun məqsədi Türk Neonatoloji və Türk Pediatrik Dərnəyi ilə sıx əməkdaşlıq nəticəsində neonatalogiya sahəsində ən aktual məsələlərin müzakirəsidir.

O bildirib ki, 1-ci Beynəlxalq Neonatologiya kursu iyun ayında keçirilib: "Ənənəvi olaraq neonatoloji kursları ildə 2-3 dəfə təşkil etməyi düşünürük.

Təlim kursu 3 gün davam edəcək. Təlimə 100-dən artıq neonatoloq, pediatr qatılıb. Mərziyyə Məmmədova bildirib ki, təlim zamanı master-klass nəzərdə tutulub: "Xüsusi ventilyasiya aparatları gətirilib. Mini stansiya qurulacaq və həkimlər üçün süni reanimasiya yaradılmaqla praktik təcrübələr göstəriləcək.

Aysel Yaqubqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR