Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "El Comercio" nəşri yazıb.

Bildirilir ki, hadisə ölkənin cənub-şərqində baş verib. Yüksək sürətlə hərəkət edən avtobus yolun kənarında dayanmış bir neçə avtomobilə çırpılaraq aşıb. Qəza zamanı 5 nəfər hadisə yerindəcə həlak olub, daha 38 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Qəzanın səbəbləri araşdırılır. İlkin versiyaya görə, hadisəyə səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Milli.Az