"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" - Zaurdan Mübarizə qarşı çıxan xanıma

"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" - Zaurdan Mübarizə qarşı çıxan xanıma
23:27 15 Dekabr 2018
106 Şou
Ölkə mətbuatı
A- A+

Mübariz İbrahimovla bağlı statusu ilə gündəmə gələn gənc Nərmin Şahmarzadənin özünü müdafiə cəhdlərinə Zaur Baxşəliyev də reaksiya verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Zaur Baxşəliyevlə həyat yoldaşı Günay Baxşəliyevin ortaq İnstaqram səhifəsində olaya münasibət bildirilib.

"Bu günlərdə ərinə xəyanət etdiyi deyilən bir qadının başını qırxıb, videosunu çəkib, sonra da sosial şəbəkədə paylaşdılar. Əmisi oğlunun arvadına sataşan bir kişini kənd camaatı yğılıb daş-qalaq edib öldürdü. Yenə xəyanət edən bir kişinin əyninə yubka geyindirib, kənd içində rüsvay etdilər. Ərinə, arvadına əmisi oğluna xəyanət edənin cəzası budursa, dilinə sahib çıxmayıb xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır?

Mübariz toxunulmazdır, Şəhid bayraqdır, torpaqdır, vətəndir! Şəhid bir dövlətin atributu və toxunulmazlıq rəmzi, onun milli qüruru və mənəvi dəyəridir. Əslində bir aqil, aydın, ziyalı, ictimai nüfuzu və mövqeyi olan bir insan bunu söyləsəydi, bu qədər əsəb keçirməyə dəyərdi. Nəcis yeyən iti öldürmürlər. Rahat olun!" - deyə qeyd edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/712893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR