Misirdə qədim sərdabə tapıldı

Misirdə qədim sərdabə tapıldı
09:33 16 Dekabr 2018
61 Digər
Ölkə mətbuatı
A- A+

Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Ənnani təqdimat mərasimində məlumat verib.

Onun sözlərinə görə, məzarda Misir fironlarının Beşinci sülaləsinə (təqribən e.ə. 2504-2347) aid bir hökmdarı uyuyur.

“Rəngli bəzəkləri, heykəlləri ilə 2018-ci ilin ən dəyərli və gözəl tapıntılarından olan bu məzar həm də indiyədək qarətçilərin əli dəymədiyi üçün böyük əhəmiyyət daşıyır”, - deyə nazir bildirib.

X.Ənnani məzarda elmi tədqiqatların aparılacağını qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlitarix/263249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR