Bu ölkədə siqaret çəkmək qadağan

İsveç parlamenti 2025-ci ildən tütün məmulatlarının satışını və istifadəsini tamamilə qadağan etməyi hədəfləyib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, statistikalara görə, İsveçdə əhalinin 11 faizi siqaret aludəçisi, 10 faizi isə müəyyən vaxtlarda siqaret çəkənlərdir.

"La Repubblica" qəzetinin məlumatına görə, İsveçdə 2005-ci ildən qapalı yerlərdə siqaret çəkmək qadağandır. 2019-cu ilin iyul ayından etibarən açıq havada, xüsusilə, parklarda, qatar stansiyalarında, idman salonları, mənzil, restoran, kafelərin qabağında ayaqüstə və ya oturaraq siqaret çəkmək qadağan olunacaq.

İsveç parlamenti 2025-ci ildən isə tütün məmulatlarının satışa çıxarılmayacağını bildirib.

Aysel Yaqubqızı / Metbuat.az

Toyda istədiyi mahnı çalınmadığına görə aləmi bir-birinə qatdı - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR