Bakıda əhalini zəhərləyən restoranlar - VİDEO

Ukrayna dairəsinin yaxınlığında yerləşən Təbrik restoranından qalxan tüstü ərazidə yaşayan və yoldan keçən insanların narahatlığına səbəb olub.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirir ki, nazirliyin xəbərdarlığından sonra bir sıra şadlıq sarayları yeni texnologiyalar quraşdırsalar da onları təlimata uyğun işlədə bilmirlər.

Lakin şadlıq evindən Xəzər Xəbərə bildirdilər ki, onların tüstünün xaric edilməsi sistemi müasir standartlara uyğun şəkildə qurulub və tüstü yeni texnologiya vasitəsilə zərərli maddələrdən təmizləndikdən sonra atmosferə buraxılır.

Ramal Bağırov isə bildirir ki, əhalinin şikayəti olduğundan Təbrik şadlıq sarayında nazirlik yenidən monitorinq aparacaq.

Onu da qeyd edək ki, tüstü ətrafa ən çox toy mərasimləri üçün kabablar bişirilərkən yayılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR