İrandan gözlənilməz bəyanat: Türkiyə bunu etsə...

İrandan gözlənilməz bəyanat: Türkiyə bunu etsə...
20:57 18 Dekabr 2018
55 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Suriyada kürd qüvvələrə qarşı əməliyyatı rəsmi Dəməşqin razılığı olmadan həyata keçirərsə, o zaman Astana prosesi çərçivəsində əldə edilən razılaşmaların tətbiqi çətinləşə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

"Bizim mövqeyimiz dəyişməyib. Heç bir ölkə Suriya hökumətinin razılığı olmadan onun ərazisində hər hansı əməliyyat keçirə bilməz".

Qasımi eyni zamanda əməliyyatların başlanılmadığını və prosesin gözlənilməsi gərəkdiyini ifadə edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR