"Qarabağ"a qayıdan Reynaldo: "Evimə gəldiyim üçün xoşbəxtəm"

"Qarabağ"a qayıdan Reynaldo: "Evimə gəldiyim üçün xoşbəxtəm"
09:32 19 Dekabr 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm".
"Report"un məlumatına görə, bunu 2 ildən sonra "Qarabağ"a qayıdan futbolçu Reynaldo klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı hücumçu Ağdam komandasının forması ilə yenidən meydana çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib: "Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" cameəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".
Qeyd edək ki, Reynaldo 2013 - 2016-cı illərdə də "Qarabağ"da forma geyinib. O, Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. "Sambaçı" Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-a-qayidan-reynaldo-evime-geldiyim-ucun-xosbextem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR