Alkaser Bundesliqada ilkə imza atdı

Alkaser Bundesliqada ilkə imza atdı
19:47 19 Dekabr 2018
41 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sının forvardı Pako Alkaser yeni rekorda imza atıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ispaniyalı forvard Bundesliqanın 16-cı turunda keçirilən "Fortuna" (Düsseldorf) matçında sonradan meydana daxil olaraq, 81-ci dəqiqədə fərqlənib. Alkaser bununla da, qollarının sayını 12-yə çatdırıb.

Alkaser bu qollardan 10-unu sonradan meydana daxil olaraq vurub. O, Bundesliqa tarixində sonradan meydana daxil olub, ən çox qol vuran futbolçu ünvanına sahib olub.

"Borussiya" mövsümün əvvəlində icarə əsasında "Barselona"dan transfer etdiyi Alkaserin transfer hüququna sahib olub. İspan forvardla 2021-ci ilə qədər müqavilə imzalanıb.

"Borussiya" səfərdə "Fortuna"ya 1:2 hesabıyla məğlub olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/714029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR