Britaniyada porno saytlara yaşla bağlı olaraq giriş qadağası qoyulur.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, gələn ildən etibarən porno sayta girən şəxslər yaşlarını təsdiqləməlidirlər.
Bazar ertəsi günü İcmalar palatası azyaşlıların porno saytlara girişinin məhdudlaşdırılması ilə bağlı qərarı təsdiqləyib.

Yeni qərara əsasən, 2019-cu ilin aprel ayından sonra porno saytlara girən zaman yaşı təsdiqləmək lazım olacaq.
Yaşı təsdiqləmək üçün isə ya sürücülük vəsiqəsi, ya kimlik, ya da başqa yaşı bildirən sənədlərdən istifadə ediləcək.

Bu qərar ancaq Britaniyaya məxsus IP ünvanı ilə girənlərə aiddir. VPN (IP dəyişdirən proqram) vasitəsi ilə qadağadan yayınmaq mümkündür.
Emin
Milli.Az