Türkiyə və ABŞ Amerika qoşunlarının Suriyadan çəkilməsi prosesini koordinasiya etməli, çəkilmədə bir boşluq olmamalıdır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Maltanın xarici işlər və ticarət təşviqi naziri Karmelo Abela ilə görüşdən sonra təşkil etdiyi ortaq mətbuat konfransında bildirib.

Türkiyəli nazir ABŞ-ın Suriyadan çəkilmə qərarını məmnuniyyətlə qarşıladıqlarını deyib.

“Uzun zamandır İŞİD-lə mübarizə aparırıq. İŞİD-in məğlubiyyətə uğradıldığını düşünürük. ABŞ-ın geri çəkilməsi prosesində koordinasiya olmalıdır. Türkiyə və ABŞ prosesi koordinasiya etməli, boşluq buraxılmamalıdır. Münbiçlə bağlı yol xəritəmiz mövcuddur. YGPG/PKK-nın da aralarında olduğu terror təşkilatlarına yer verilməməlidir”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı əlavə edib.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib. Donald Tramp özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb.

ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.

Mənbələrə istinadən “Röyters” agentliyi bildirib ki, Silahlı qüvvələr 60-100 gün ərzində Susiyadan çıxarılacaq.

Ömər Dağlı