"Yuventus"un futbolçusu Rodriqo Bentankur Kristianu Ronaldu ilə ilk tanışlıqları haqqında danışıb.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, "Football İtalia"ya danışan uruqvaylı yarımmüdafiəçi ulduz oyunçu ilə ilk dəfə DÇ-2014 zamanı görüşdüyünü deyib.

"Onunla ilk dəfə mundialda Uruqvay-Portuqaliya matçından sonra antidopinq mərkəzində qarşılaşdıq. Məni tanıdı və adımla səsləndi. İnana bilmirdim" - deyə Bentankur bildirib.

Uruqvaylı Ronaldo ilə "Yuventus"un məşqində qarşılaşmasını isə belə izah edib: "İlk dəfə məşqdə görəndə düşündüm ki, "vəhşidi". Məşqdə 100% gücünü ortaya qoyur".

Qeyd edək ki, Bentankur 2017-ci ildən "Yuventus"da çıxış edir, Ronaldu isə ötən yay "qoca sinyora"ya qoşulub.

Milli.Az