PSJ heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris klubu "Napoli"nin yarımmüdafiəçisi Allanı transfer etmək istəyir. Bununla bağlı artıq klub nümayənələri arasında danışıqlar başlanılıb. PSJ-nin 27 yaşlı braziliyalı oyunçu üçün 50 milyon avro ödəməyə hazır olduğu iddia olunub.
Qeyd edək ki, Allan bu mövsüm ölkə çempionatında 16 matçda iştirak eib və 2 qolun ötürməsini verib.
Milli.Az