"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun oğlu "Twitter"də bildirib.
Qeyd olunur ki, o, 88 yaşında dünyasını dəyişib. Şahzadə Taləl müasir Səudiyyə dövlətinin qurucusu Əbdül Əziz Əl-Səudun 18-ci oğludur. Səudiyyənin hazırkı monarxı Salman bin Əbdül Əziz onun ögey qardaşıdır.
Taləl bin Əbdül Əziz ötən əsrin 50-ci illərinin ortalarında krallığın birinci nəqliyyat naziri olub. Sonra isə maliyyə naziri vəzifəsini tutub. 60-cı illərin əvvəllərində o, monarxiya hakimiyyətini sərt tənqid edib. "Müstəqil əmirlər" hərəkatını yaradan Taləl bin Əbdül Əziz bir neçə il Qahirədə mühacir həyatı yaşayıb. Misirin o zamankı rəhbəri Camal Əbdül Nasir ona dəstək verib.