PSG heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Milli.Az Goal.az-a istinadən bildirir ki, Paris klubu "Napoli"nin yarımmüdafiəçisi Allanı transfer etmək istəyir.
Bununla bağlı artıq klub nümayənələri arasında danışıqlar başlanılıb. PSG-nin 27 yaşlı braziliyalı oyunçu üçün 50 milyon avro ödəməyə hazır olduğu iddia olunub.
Qeyd edək ki, Allan bu mövsüm ölkə çempionatında 16 matçda iştirak edib və 2 qolun ötürməsini verib.
Milli.Az