“WhatsApp” qadağan ediləcək? (VİDEO)

“WhatsApp” qadağan ediləcək? (VİDEO)
03:01 14 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Baş naziri Devid Kemeron “WhatsApp”, “iMessage” və “Snapchat”ın qadağan edilməsinin zəruriliyini bildirib.

ANS PRESS-in məlumatına görə, Kameron iki nəfər arasında olan və lazım gələrsə kəşfiyyat nümayəndələrinin görə bilmədiyi mesajların milli təhdid ünsürü olduğunu deyib.

O, may ayında İngiltərədə keçiriləcək seçkidə yenidən qalib gələcəyi halda, “WhatsApp”, “iMessage” və “Snapchat” tətbiqlərini qadağan edəcəyini vurğulayıb.

Hazırda yüz milyonlarla adam tərəfindən istifadə edilən “WhatsApp” və “Snapchat”ı necə əngəlləyəcəyi maraq doğuran məsələlər arasındadır. Kameron hökuməti qadağa üçün 2016-cı ildə hərəkətə keçməyi planlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR