"Monako"nun baş məşqçisi Tyerri Anri, Fransa Liqa 1-in son turunda "Genqam"a 0:2 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, 41 yaşlı mütəxəssis məğlubiyyətin çətin olduğunu deyib:

"Biz bu gün məğlub olduq. Bu, çətindir. Matçdan əvvəl "qırmızı zona"dan çıxmaq istədiyimizi dedik, amma bunu bacara bilmədik. İlk yarım saatda yaxşı çıxış etdik, sonra isə oyuna nəzarəti itirdik. Rəqib bizim qol epizodumuzdan sonra fərqləndi. Onlar ikinci hissədə daha aqressiv oynayırdılar. Bu məğlubiyyət ağırdır. Çıxış yolu tapmağa və geri qayıtmağa çalışacağıq. Mən futbolçulara başlarını dik tutmalarını dedim.

Komanda birlikdədir, amma nəticə yoxdur. Hələ də alınması lazım olan bir çox xal var. Bu, müsbət haldır. Ümid edirəm ki, bundan sonra yaxşı iş görə biləcəyik və bütün oyunlarda vuruşacağıq. Bu oyun üçün çox hazırlaşmışdıq. Artıq transfer haqqında düşünmək olar".

Milli.Az