Fransa Liqa 1-də 19-cu tura yekun vurulub.
Milli.Az komanda.az-a istinadən bildirir ki, turun əksər oyunları ilk oyun gününə təsadüf edib.
Lider PSJ öz meydanında "Nant"ı sınağa çəkib. Paris təmsilçisi minimal hesabla qalib gəlib. PSJ-nin əsas izləyicisi "Lill" doğma meydanda "Tuluza"ya uduzub. "Lion" səfərdə "Monpelye"nin, "Marsel" isə "Anje"nin qonağı olub və hər ikisi xal itkisi ilə üzləşib.
Son oyun günündə bir görüş baş tutub. "Bordo" doğma meydanda "Amyen"lə qarşılaşıb. Tərəflər hərəyə 1 dəfə fərqləndikləri oyundan 1 xalla ayrılıblar.
Fransa Liqa 1, 19-cu tur
22 dekabr
Anje - Marsel 1:1
Qol: Bahoken, 36 - Sarr, 84.
Lill - Tuluza 1:2
Qol: Leao, 17 - Qradel, 50-pen; 64-pen.
PSJ - Nant 1:0
Qol: Mbappe, 68.
Monpelye - Lion 1:1
Qol: Aquilar, 81 - Fekir, 67.
Monako - Genqam 0:2
Qol: Turam, 68. Rouks, 75.
Reyms - Kan 2:2
Qol: S.H.Yun, 7. Engels, 53 - Ninqa, 28. Krivelli, 45.
Renn - Nim 4:0
Qol: Andre, 6. Buriqo, 14. Cordan, 47; 67.
Sent-Etyen - Dijon 3:0
Qol: Monnet-Pake, 42. Xazri, 64. Beriç, 82.
Strasburq - Nitsa 2:0
Qol: Tomasson, 26. Kone, 41.
23 dekabr
Bordo - Amyen 1:1
Qol: Kalu, 22 - Qnaore, 87.

Bombardir: Kilian Mbappe (PSJ), Emiliano Sala (Nant) - 12.
Milli.Az