Bakı-APA. Dünya Bankı (DB) dünya iqtisadiyyatının artım templərinin azalacağını proqnozlaşdırıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə DB-nin məruzəsində qeyd olunub. Ekspertlər 2015-ci ildə dünya iqtisadiyyatının 3 faiz artacağını proqnozlaşdırır. Əvvəlki proqnozlar artımın 3,4 faiz olacağını müəyyənləşdirmişdi.
Dünya Bankı həmçinin 2016-cı il üçün verdiyi proqnoza da dəyişiklik edib. Belə ki, artım tempi 3,5 faizdən 3,3 faizədək endirilib. 2017-ci ildə artımın 3,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Ekspertlər Rusiya iqtisadiyyatında 2015-cı ildə 2,9 faiz azalma olacağını proqnozlaşdırır. 2016-cı ildə isə ölkə iqtisadiyyatı çətinliklə müsbət göstəriciləri bərpa etməyə müvəffəq olacaq.