Gələn il fevralın sonu - martın əvvəllərində Bakıda OPEK+ Birgə monitorinq komitəsinin iclası keçiriləcək.Milli.Az bildirir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.Məlumatda qeyd olunur ki, hazırda iclasın keçiriləcəyi dəqiq tarix məlum deyil:"Bu məsələ təşkilatın üzv ölkələri ilə razılaşdırılmalıdır".Qeyd edək ki, OPEK+ sazişi çərçivəsində Azərbaycan 2019-cu il yanvarın 1-dən neft hasilatını 20 min barel/sutka azaldaraq 776 min barel/sutka neft hasil etmək öhdəliyini götürüb.Milli.Az