ABŞ “VICE” xəbər agentliyi Kobanidə İŞİD-lə mübarizə aparan kürdlərin əməliyyatlarından yazıb.
ANS PRESS-in məlumatına görə, “VICE” müxbiri Yokaim Medin özünümüdafiə kürd dəstələri ilə birlikdə Kobanidə bir sıra hücumlarda iştirak edib.
Medin İŞİD terror qruplaşması əmirlərindən olan Əbu Zəhranın öldürüldüyü döyüşdə baş verənlərdən yazıb.
“İŞİD-in bölgədəki lideri olaraq bilinən Əbu Zəhra evində öldürüldü. Ordu qüvvələri və peşmərgə evdə axtarış keçirərkən hərbi sursat, ərəb xəncərləri, bahalı noutbuk aşkar edildi. Bundan başqa, evdə kokain də tapıldı ki, bunun da əməliyyatlardan əvvəl döyüşçülərə verildiyi düşünülür.
Qeyd edəki ki, İŞİD-in qaydalarına əsasən, hətta siqaret çəkməyin cəzası barmaqların kəsilməsi olaraq göstərilir. Lakin ötən ilin oktyabr ayında PYD-nin girov saxladığı İŞİD terror qruplaşması üzvləri də döyüşə getmədən əvvəl narkotik maddə verildiyini etiraf etmiş, beləliklə də uyuşdurucu maddələrin təsiri ilə ölümü düşünmədiklərini söyləmişdilər.