"Barselona" uruqvaylı forvardı Luis Suaresin komandadan ayrılacağı ehtimalına qarşı, hücumçu axtarışlarını davam etdirir.Milli.Az komanda.az-a istinadən bildirir ki, Kataloniya təmsilçisi "Selta"nın futbolçusu Maksi Qomesi transfer etmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, 22 yaşlı futbolçunun Suaresin yaşı çox olduğundan, onun yerinə düşünüldüyü bildirilib.Qomesin transfer məbləği 50 milyon avrodur.O, cari mövsümdə "Selta"yla 16 qarşılaşmada iştirak edərək, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Qomes 9 dəfə də Uruqvay millisinin şərəfini qoruyub.Milli.Az