Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə

Dekabrın 26-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə press-tur təşkil olunub.

Metbuat.az xəbər verir ki, ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olub, yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumat alıblar.

Səfər zamanı mətbuat nümayəndələri üçün təqdimat keçirilib, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rodderix Mark Lefflerlə müsahibə təşkil edilib.

Sədr bildirib ki, Şahdağ Turizm Mərkəzini inkişaf etdirmək əsas vəzifələrdəndir. O, qeyd ki, turizm mərkəzini inkişaf etdirmək üçün 2 əsas məqsəd qarşıya qoyulub. "Birinci məqsədimiz mərkəzi çox gözəl əyləncə, turizm mərkəzinə çevirməkdir. İkinci məqsədimiz Azərbaycanın bu gözəl hissəsinə daha çox turist cəlb etmək və buranı inkişaf elətdirməkdir.

Burada bir çox əyləncələrimiz və yeniliklərimiz var. Yaxın vaxtlarda gecə klubu və kinoteatr olacaq. Qeyri-xizək əyləncə xidmətləri genişləndiriləcək".

Rodderix Mark Leffler bildirib ki, kompleksə yay mövsümündə turistləri cəlb etmək niyyətindədirlər:"Kompleksin il ərzində fəaliyyət göstərməsini istəyirik. Bununla buradakı insanların məşğulluğuna da öz töhfəmizi verəcəyik".

Sədr həmçinin qeyd edib ki, Şahdağ Turizm Kompleksində hazırda qonaqların daha çoxu azərbaycanlılardır.

Sərdar Məmmədov/ Metbuat.az

Şahdağ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR