"Mançester Yunayted"dən "Yuventus"a 60 milyonluq təklif

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta “Mançester Yunayted”ə keçə bilər.

Metbuat.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, ingilislər braziliyalı futbolçu üçün Turin klubuna 60 milyon avro təklif edib. “Qoca sinyora” isə 28 yaşlı oyunçunun transferindən sabiq yarımmüdafiəçisi Pol Poqbanı qaytarmaq üçün istifadə etmək niyyətindədir.

Qeyd edək ki, Kosta bu mövsüm “Yuventus”un heyətində 16 oyun keçirib və 2 məhsuldar ötürmə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR