Misirdə yük maşını mikroavtobusla toqquşub, 8 nəfər ölüb
Paylaş
77 baxış·1 dəq oxu
Bakı. 27 dekabr. REPORT.AZ/ Misirin Əl-Boheyra əyalətində yük maşını ilə marşrut mikroavtobusun toqquşması nəticəsində 8 yerli sakin həyatını itirib, avtobusun daha sərnişini xəstəxanaya yerləşdirilib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, qəza Qahirə-İsgəndəriyyə yolunda baş verib. Yük maşını toqquşmadan sonra uğursuz manevr nəticəsində mikroavtobusun üzərinə aşıb.