N.Məmmədova əlavə edib ki, N.Paşinyanın Y.Xaçaturovun yerinə başqa bir erməni namizəd irəli sürmək təşəbbüsü təşkilatın digər üzv ölkələri, xüsusilə Qazaxıstan və Belarus tərəfindən kəskin narazılıqla qarşılandı: "Ermənistanın "rus NATO"sunda mövqeləri bununla da birdəfəlik itirildi və təşkilat üzvü olan ölkələrlə Ermənistan arasında dərin diplomatik böhran həddinə çatan münasibətlər meydana gəldi. Bu, Sankt-Peterburq toplantısında Paşinyana qarşı hətta adi diplomatik etiket və protokol qaydalarının göstərilməməsində özünü büruzə verdi".Politoloq qeyd edib ki, N.Paşinyanın Qərbə xoş gəlmək üçün demokratik görünmək, cinsi azlıqlara xüsusi hüquqlar vermək siyasətinin nəticəsi olaraq Ermənistanda ilk dəfə olaraq cinsi azlıqların nümayəndələri polisə hücum çəkdilər: "Özünü qafqazlı sayan ermənilər və onların polisi üçün bu əsl təhqir hesab oluna bilər. 2018-ci il mayın 8-də baş nazir seçilən Paşinyan iki gün sonra dərhal ölkənin güc strukturlarında təmizləmələrə başladı. Ermənistan polisinin rəhbəri və Milli Təhlükəsizlik Xidmətinin başçısı istefaya göndərildilər. Avqust ayında cinsi azlıqların polisə hücumu və iki nəfəri döyməsi də Paşinyanın polisi alçaltmaq siyasətinə rəvac verən hadisə kimi qəbul edilir".N.Məmmədova xatırladıb ki, II Qareginin bütün ermənilərin katolikosu titulundan məhrum edilməsini tələb edən "Yeni Ermənistan, yeni patriarx" hərəkatının fəalları bu ilin iyulunda Eçmiədzindəki dəftərxanaya hücum etdilər: "Ermənistanda hakimiyyət dəyişikliyindən sonra vaxtilə adı tez-tez ən çirkli işlərdə hallananlara qarşı hücumlar da artıb. Yerevanda katolikos əleyhinə mitinqlər keçirilib".Politoloq deyib ki, erməni kilsəsinin tarix boyu ermənilərin dindən daha çox ideoloji mərkəzi olması nəzərə alınarsa, o zaman Eçmiədzin kilsəsinə hücumların arxasında daha böyük siyasi planların olduğunu düşünmək olar: "Xaricdəki erməni diasporunun II Qaregini öz katolikosu kimi qəbul etmədiyi, diasporla Eçmiədzin arasında dərin nifrət və ədavətin olduğu məlumdur. Görünür, Paşinyanı hakimiyyətə gətirən diaspor fürsətdən istifadə edib həm də Qareginlə haqq-hesab çürüdərək ondan qisas almaq istəyir. Ermənistan artıq nəinki iqtisadi, sosial, həm də dərin ideoloji, siyasi bir parçalanmaya doğru sürətlə irəliləyir".Milli.Az