Futbol üzrə İtaliya A Seriyasında XVIII turun "İnter" - "Napoli" oyunundan əvvəl baş vermiş münaqişədən sonra bir azarkeşin dünyasını dəyişdiyi müəyyənləşib.Milli.Az "report"a istinadən xəbər verir ki, matçdan əvvəl avtomobil tərəfindən vurulan vəziyyəti ağır olan fanat ölüb.Bundan əlavə, sözügedən qarşılaşmadan əvvəl 4 nəfər bıçaqlanıb.Qeyd edək ki, oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.Milli.Az