Bu gün müğənni Sevda Yahyayevanın 33 yaşı tamam olur. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi doğulduğu gün "Buta Palace"da keçirilən konsert proqramında çıxış edəcək. Tədbirdən əvvəl kulisdə olan sənətçiyə həmkarları sürpriz edib. Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər - Günay İbrahimli, Zamiq Hüseynov, Samir Piriyev, Emiliya Yaqubova və başqaları Sevdanı "Ad günü" mahnısı oxuyaraq təbrik ediblər. İfaçı Murad Arif isə həmin anları lentə alaraq instaqram səhifəsində paylaşıb. Milli.Az Videonu izləmək üçün şəklə klikləyin: