Bu il Türkiyəyə 800 mindən çox Azərbaycan turisti səfər edib

2018-ci ilin yanvar-noyabr aylarında TürkiyəAzərbaycandan 802 820 turist səfər edib.

Bu barədə Metbuat.az-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Bu ilin 11 ayı ərzində Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,57 faiz artıb.

Bu müddət ərzində Türkiyəyə gələn əcnəbilər arasında Azərbaycan turistlərinin payı 2,24 faiz təşkil edib.

Təkcə bu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 59,1 min turist səfər edib ki, 2017-ci ilin noyabr ayı ilə müqayisədə bu, 9,51 faiz çoxdur.

Sabahdan 5 günlük bayram tətili başlayır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR