Türkiyədə əməliyyat keçirildi - 42 nəfər saxlanıldı

Türkiyədə son bir həftədə İŞİD terror təşkilatına qarşı həyata keçirilən "GÜRZ-35" əməliyyatları çərçivəsində 42 şübhəli saxlanılıb.

Metbuat.az xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Əməliyyatlar Adana, Ankara, Balıkəsir, Batman, Bursa, Bitlis, Diyarbakır, Ədirnə, Qaziantep, İstanbul, Kahramanmaraş, Karabük, Kayseri, Kocaeli, Mardin, Mersin və Şanlıurfa vilayətlərində aparılıb.

Saxlanılan şəxslərin terror təşkilatının üzvləri olduğu, təşkilatı maliyyələşdirdikləri və sosial media vasitəsilə təbliğat apardıqları müəyyən edilib. Əməliyyatlar zamanı təşkilata aid çoxlu sayda sənədlər və rəqəmsal materiallar ələ keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı