7 gün boyunca ballı sarımsaq yemənin

Sarımsaq yeməklərə dad verməklə yanaşı sağlamlığımıza verdiyi faydalar da son dərəcə yüksəkdir.

Metbuat.az bildirir ki, sarımsağı çiy şəkildə yedikdə faydalarından dah çox yararlanmaq mümkündür.

Eyni zamanda ac qarnına yeməniz də çox faydalıdır. təbii antibiotik qaynağı olan sarımsaq soyuqdəymə, qrip kimi bir çox problemlərin qarşısını alır. Xüsusilə qış günlərində qripin qarşısını almaq üçün dərman əvəzinə ballı sarımsaq qarışığından istifadə edə bilərsiniz.

Bu qarışımı hazırlamaq üçün 5 diş soyulmuş sarımsaq, bir stəkan təbii bal, 1 yemək qaşığı təzə zəncəfil, 1-2 ədəd limonun suyu və 1 yemək qaşığı alma sirkəsi lazımdır.

Şüşə bankaya sarımsaqları qoyun. Üzərinə xırda-xırda doğranmış zəncəfilləri, limon suyunu və alma sirkəsini əlavə edin.

Sonda bir stəkan balı bankaya boşaldın və bütün materialları qarışdırın.

Hazırladığınız qarışımı 24 saat boyunca gözlətdikdən sonra 7 gün ərzində hər səhər ac qarnına qəbul edin.

Bu qarışım enerjini hər zamankindən daha yüksək saxlayır. Halsızlıq və boğaz ağrısını aradan qaldırır. İmmunitet sistemini gücləndirir. Bədənin toksinlərdən xilas olmasına kömək edir və xolestrol səviyyəsini tənzimləyir.

Hər ehtimala qarşı həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur.

http://metbuat-az.com/news/1101045/uzu-xlorla-yana...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR