2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
yolunda daha əlverişli ab-hava yaradılacaq. Nikol Paşinyanın
Rusiyaya son səfəri və prezident Vladimir Putinlə görüşü işğalçı
ölkənin yeni hakimiyyəti üçün növbəti fiasko ilə nəticələndi.
Türkiyə Fəratın şərqində həyata keçirməyə hazırlaşdığı əməliyyat
üzrə hazırlığı gücləndirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
yaxın günlərdə Moskvaya səfər etmək və Vladimir Putinlə görüşmək
niyyətindədir. ABŞ Rusiya sərhədlərində strateji silahlar
yerləşdirir. ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven
Mnuçini istefaya göndərməyi planlaşdırır. Avropa İttifaqı Rusiyaya
qarşı sanksiyaların uzadılması haqqında qərarı dərc edib. İsrail
Suriyada İranın “Fəcr 5” raketlərinin olduğu anbarları bombardman
edib.
Azərbaycan, Dağlıq Qarabağ
Ermənistanın Azərbaycana qarşı təcavüzünə son
qoyulması 2019-cu ildə də diplomatiyamızın ən başlıca vəzifəsi
olaraq qalacaq. Bu barədə 2018-ci ilin yekunlarına
dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
buraxılışında deyilir.
Qeyd olunur ki, cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində
diplomatik səylərimiz davam etdirilmişdir.
Gələn il diplomatiyamızın ən başlıca vəzifəsi bu olacaq - XİN AÇIQLADI
2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması yolunda daha əlverişli ab-hava
yaradılacaq. Bunu Rusiyanın Azərbaycandakı səfiri
Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.
Diplomat bildirib ki, bunun əsası artıq cari ildə qoyulub,
yüksək səviyyədə bir neçə görüş keçirilib: "2019-cu ilin yanvar
ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü
gözlənilir".
O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır
olduğunu bildirib.
Əgər Ermənistan təcrid olunmuş bir ölkə kimi yaşamaq
istəmirsə, problemləri aradan qaldırmalıyıq. Bizim həssaslığımız
bəllidir, Azərbaycanı qəbul edəcəyi hər bir həll yolunu biz də
dəstəkləyərik. Bunu ötən gün ölkənin Xarici İşlər
Nazirliyinin başçısı ilin yekunları və ölkənin xarici siyasəti ilə
bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Çavuşoğludan Paşinyana Qarabağ MESAJI
Ermənistan
Dekabrın 25-də İrəvanda Rusiya səfirliyinin önündə
aksiya keçirilib. Aksiya Ermənistandakı Rusiya
ordusunun əleyhinə təşkil edilib.
Etirazçılar “Rusiya hərbiçilərinin davranışı Ermənistan
vətəndaşlarının təhlükəsizliyini hədələyir” deyə bildiriblər. Onlar
Rusiya ordusunun çıxarılmasını tələb ediblər.
Ermənistanda yeni formalaşan hökumətin başçısı Nikol
Paşinyan 27 dekabrda Moskvaya səfər edəcək. Bu səfər fonunda bir
sıra məqam diqqət çəkir: Rusiya prezidenti Vladimir Putin parlament
seçkilərindən sonra qələbə münasibətilə Nikol Paşinyanı təbrik
eməyib; KTMT-də Belarusun namizədi Stanislav Zas Ermənistan istisna
olmaqla digər bütün üzv dövlətlər tərəfindən
dəstəklənir. Ekspertlər Paşinyanın Moskva səfərindən
ciddi müzakirələrin aparılacağını hesab edirlər.
Paşinyan Putindən xahiş edəcək ki, Əliyevə desin, Qarabağda... - Moskva səfərinin SİRRİ
Moskvada Rusiya prezidenti Vladimir Putinlə
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan arasında
görüş keçirilib. Görüşdə Paşinyan Rusiya ilə bütün
sahələrdə münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını,
Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya məsələsinə də
müsbət baxdıqlarını bildirib.
Paşinyan Putini 2019-cu ildə ölkəsinə səfərə dəvət edib.
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol
Paşinyan dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə
görüşünün nəticələri haqqında danışıb.
Paşinyan ETİRAF ETDİ: “Putinlə razılaşa bilmədik” - Ermənistan üçün ÇƏTİN GÜNLƏR BAŞLAYIR
Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol
Paşinyanın Rusiyaya son səfəri və prezidenti Vladimir Putinlə
görüşü işğalçı ölkənin yeni hakimiyyəti üçün növbəti fiasko ilə
nəticələndi. Paşinyanın Rusiyaya səfəri uğursuz,
nəticəsiz və utancverici qiymətləndirilir. Əslində Rusiya
Prezidenti Vladimir Putin onu təbrik belə etmədi. Lakin Paşinyan
Moskvada olduğu vaxtda Putinin həbsdə olan Ermənistanın keçmiş
prezidenti Robert Koçaryana təbrik göndərməsi Rusiyanın və bu
ölkənin dövlət başçısının Ermənistana, Ermənistan hakimiyyətinə və
şəxsən Paşinyana münasibətinin açıq göstəricisi idi.
Paşinyanın Rusiya səfərinin uğursuz olduğunu göstərmək üçün
aşağıdakılara diqqət yetirmək olar.
Paşinyan TƏSLİM OLDU - Nikolun Rusiya FİASKOSU
Ermənistanda Rusiya səfirliyinin qarşısında
keçirilmiş etiraz aksiyaları daimi xarakteri daşıyacaq və ola bilər
ki, Gümrüdəki 102-ci Rusiya bazasının çıxarılmasının
təşəbbüskarları yaxın vaxtlarda aksiya keçirəcəklər.
Bu haqda Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan
deyib.
Ermənistanın Rusiyadan ŞOK TƏLƏBİ: Naxçıvana…
Türkiyə, İran, Yaxın Şərq
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb
Tayyib Ərdoğandan bəhs edən tvit atıb. Tramp Ərdoğanı
və Türkiyəni tərfiləyib.
“Türkiyə prezidenti Suriyada qalan İŞİD ünsürlərinin kökünü
qazıyacağı mövzusunda məni detallı şəkildə bilgiləndirdi. O, daha
çox şey edəcək bir adamdır. Türkiyə doğru qonşudur. Birliklərimiz
isə evə qayıdır”, - ABŞ prezidenti tvitində qeyd edib.
Qeyd edək ki, sözügedən iki lider arasında telefon danışığı
olub.
ABŞ-ın Pentaqon qüvvələrini Suriyadan geri çəkmək
qərarından sonra Fəratın şərqində məskunlaşan terrorçulara qarşı
planlaşdırılan hərbi hərəkatı gözləmə mövqeyinə gətirən Türkiyə
Münbiç üçün hərəkətə keçib. 8 mindən çox “Mehmetçik”
və Azad Suriya Ordusunun (ASO) əsgəri PKK terror təşkilarının
işğalı altında olan bölgəyə göndərilib. Birliklər sərhəddən sıfır
nöqtədə mövqelərini bərkidib.
10 min xüsusi təyinatlı sərhədə yerləşdirildi - Düşmənə İLK ZƏRBƏ bu istiqamətlərdən vurulacaq
Suriyanın İdlib vilayətində Türkiyə qoşunlarının
olması Dəməşqlə uyğunlaşdırılıb. Bu haqda
“RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər
Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
“Soçidə sentyabrın 17-də imzalanan İdlib üzrə Türkiyə-Rusiya
razılaşması Astana prosesi çərçivəsində daha əvvəl qəbul edilmiş
qərarların sayəsində mümkün oldu. Beləliklə, Suriyanın bu
hissəsində türk hərbçilərinin olması Suriya hökumətiylə
uyğunlaşdırılıb. Bunu həmçinin Astana formatının üçüncü zamin
ölkəsi İran da dəstəklədi”, - Rusiyanın xarici siyasət idarəsinin
başçısı deyib.
Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə
prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında
danışıqlarının nəticəsinə görə iki ölkənin müdafiə nazirləri
İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzaladılar və
vilayətdə silahsızlaşdırılmış zonanın yaradılma barədə
razılaşdılar.
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya
Ordusunun (ASO) Suriyanın Münbiç şəhərini terror qüvvələrindən
təmizləmək üçün planlaşdırdığı hərbi hərəkatın hazırlıqları tam
sürətlə davam edir. Hərəkatın ön cəbhəsində ASO-nun
Həmzə Tüməni (birliyi) olacaq.
Düşmənə ilk zərbəni XÜSUSİ TƏYİNATLILAR vuracaq - 1200 əsgər eyni anda...
Suriyanın Silahlı Qüvvələri onları Türkiyədən
qorumaq barədə PKK terror təşkilatının xahişinə cavab olaraq Münbiç
şəhərinə girməsi barədə xəbər yayıldı.
PKK/YPG Münbiçi Əsədə təhvil verdi (YENİLƏNDİ)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın
Silahlı Qüvvələrinin PKK terror təşkilatının əlində olan Münbiç
şəhərinə girməsi xəbərini şərh edib. Ərdoğan
Suriyanın Münbiçlə bağlı psixoloji bir hərəkət planının olduğunu
deyib.
Ərdoğandan Münbiç AÇIQLAMASI: Putinlə…
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqon
əsgərlərinin Suriyadan geri çəkilməsi ilə bağlı fərmanı
imzalayıb. Bu barədə CNN televiziyası informasiya
yayıb.
Xəbərdə bildirilib ki, fərman ABŞ əsgərlərinin Suriyadan nə
zaman və necə çıxacağını ehtiva edir. Bu proses gələcək həftələrdə
başlayıb bir neçə həftə çəkəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın əsgərləri Suriyadan
çıxarmaq qərarından sonra müdafiə naziri Ceyms Mettis vəzifəsindən
istefa verəcəyini demişdi. Onun gələn ilin yanvar ayından postundan
gedəcəyi bildirilir.
Suriya peşmərgələri ilə ABŞ-ın himayəsində olan YPG
qruplaşması arasında gedən danışıqlar nəticəsiz
qalıb. Bu sözləri Suriya Kürd Milli Şurasının (ENKS)
xarici əlaqələr üzrə rəsmisi İbrahim Bro deyib.
"Danışıqlar zamanı peşmərgənin yenidən Suriyaya qayıtması və
başqa məsələlər müzakirə olunsa da, heç bir razılaşma əldə
edilmədi. Suriyanın vəziyyəti getdikcə pisləşir. Əgər Türkiyə və
ABŞ arasında razılıq olmasa, peşmərgənin Suriyaya qayıtması çox
çətin olacaq", - İbrahim Bro bildirib.
ABŞ prezidenti Donald Tramın Suriyadan çəkilmə
qərarından sonra istefa verən Suriya üzrə koalisiyada ABŞ-ın xüsusi
nümayəndəsi Brett Makqerkin boşluğunu “Yaxın Şərqin muzdlu qatili”
adlandırılan Məhəmməd Dahlan dolduracaq. Dahlan PKK
terror təşkilatı və Suriya lideri Bəşər Əsədin nümayəndələri ilə
Dubay, Qahirə və Amman şəhərlərində gizli görüşlər keçirib.
Üç ölkədən Türkiyəyə qarşı döyüşçülər toplanır: onu “MÜZDLU QATİL” ƏVƏZLƏYİR
İsrail dekabrın 25-də Suriyada İranın “Fəcr 5”
raketlərinin olduğu anbarları bombardman edib.
Məlumata görə, İsrail bu raketlərin yerləşdiyi anbarları öz
şəhərlərinə zərbə endirməsi təhdidiylə əlaqədar məhv edib.
“Əl Ərəbiyyə” televiziyası isə İsrailin Dəməşqdə zərbə endirdiyi
üç anbarın hamısının İrana məxsus olduğu haqqında məlumat
yayıb.
Qeyd edək ki, bundan öncə İsrail qırıcılarının Livan ərazisindən
Suriyaya girərək, Dəməşqdə bormbardman həyata keçirdiyi haqda
məlumat və video yayılmışdı.
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf
əl-İslam Moskvada maliyyə və siyasi dəstək axtarır.
Bu haqda Moskvadakı mənbəyə istinad edərək “Blomberg” agentliyi
yazıb.
Agentlik bildirir ki, Vladimir Putinə ünvanlanan məktubu Seyf
əl-İslamın nümayəndəsi dekabrın əvvəlində Rusiyanın Xarici İşlər
Nazirliyinin müavini Mixail Boqdanova çatdırıb. Məktubda Liviyada
vəziyyət üzrə Qəddafinin oğlunun fikirləri izah olunur və Moskvadan
onun siyasi ambisiyalarını dəstəkləməyi xahiş edilir.
Mixail Boqdanov isə bildirib ki, Qəddafinin oğlu Liviyada siyasi
prosesin bir hissəsi olmalıdır.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Amerika hakimiyyəti Rusiyadan ABŞ-ın maraqları üçün alət
olaraq istifadə etməyə çalışır, ancaq onlar buna nail olmağı
bacarmayacaq. Bu sözləri Rusiyanın xarici işlər naziri
Sergey Lavrov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Birləşmiş Ştatlarda Çinlə qarşıdurmanı öz
xeyrinə tamamlamaq üçün Rusiyadan istifadə etmək fürsətini müzakirə
edirlər.
“Biz ölkələr tanıyırıq ki, amerikalıları belə rola məcbur etməyi
bacardı. Amma, əlbəttə, bu, bizimlə alınmayacaq. Hazırda Amerika
hakimiyyəti Rusiyaya obyekt kimi baxır və belə yanaşma qaldığı
müddətdə iki ölkə arasında münasibətlər dəyişməyəcək”, - Lavrov
əlavə edib.
Düşünürəm ki, dünyada hamı yaxşı anlayır: iki
aparıcı nüvə dövləti – Rusiya və ABŞ-ın iştirakıyla silahlı
konflikt bəşəriyyət üçün faciəvi nəticələrə gətirib
çıxaracaq. Bunu Rusiya və ABŞ, Rusiya və NATO
arasında birbaşa silahlı konflikt ehtimalını qiymətləndirən
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA-Novosti”
agentliyinə müsahibəsində bildirib.
“Nüvə müharibəsində qaliblər ola bilməz. Bu, heç vaxt baş
verməməlidir”, - Lavrov deyib.
Onun sözlərinə görə, geosiyasi ambisiyalara qapanan Vaşinqton və
onun müttəfiqləri onların xeyirinə dəyişməyən qlobal reallıqlara
uyğunlaşmağa hazır deyillər.
ABŞ Rusiya sərhədlərində strateji silahlar
yerləşdirir. Bu haqda Rusiyanın Hərbi-Dəniz
Donanmasının baş komandanı admiral Vladimir Korolyov bildirib.
O qeyd edib ki, son zamanlar ABŞ və NATO ölkələri Rusiya
sərhədlərində operativ və döyüş hazırlığı üzrə tədbirlərin sayını
artırıb. Bundan başqa, Korolyov bildirib ki, Rusiya ərazisinə yaxın
akvatoriyalarda Amerikanın hava hücumundan müdafiə üzrə dəniz
sistemləri, yüksək dəqiqlik silahların strateji qeyri-nüvə
sistemləri və hərbi infrastrukt obyektlərinin genişləndirilməsi
müşahidə edilir.
Rusiya ABŞ-la hərbi büdcələrin yarışına
qarışmayacaq. Bu haqda TASS agentliyinə müsahibəsində
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə
komitəsinin sədri Viktor Bondaryev deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun indiki maliyyələşməsi
istənilən təhlükənin qarşısını almağa imkan verəcək.
“Amerikalılar öz hərbi büdcəsini artıranda, çoxları bizdən
simmetrik gediş gözləyirdilər. Rusiya hakimiyyəti iqtisadiyyatı və
sənayeni hərbiləşdirməyə hazırlaşmır. Amma Silahlı Qüvvələri planlı
inkişaf etdiririk, ordunu, donanmanı və müdafiə-sənaye kompleksini
təchiz edirik”, - Bondaryev deyib.
ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven
Mnuçini istefaya göndərməyi planlaşdırır. Bu haqda
vəziyyətlə tanış mənbə CNN telekanalına bildirib.
ABŞ-da növbəti İSTEFA ANONSU
Rusiya ABŞ-da 2016-cı ildə keçirilən seçkilərə
müdaxilə edərək Donald Trampın prezident olmasını təmin
edib. Bu sözləri MOSSAD-ın keçmiş rəhbəri Tamir Pardo
deyib.
Rusiyanın bunu məhz Trampın seçilməsi naminə deyil, öz
mənafeyinə ən uyğun namizədin Tramp olduğunu düşündüyünə görə
etdiyini bildirən kəşfiyyatın eks-rəhbəri Moskvanın onminlərlə
“virtual şəxs”dən istifadə edərək, elektron sistemə müdaxilə
etdiyini bildirib.
“Görülən işlər nəticəsində Trampın seçilməsinin Rusiyanın
beynəlxalq hədəflərinə çatmaq yolunda ən ideal variant olduğuna
qərar verildi və elektron sistemə müdaxilə edəcək
proqramlaşdırmanın yaradılması üçün işlər aparıldı”, - Pardo qeyd
edib.
ABŞ dünya jandarmı olaraq qala bilməz.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında
deyib.
“Məsuliyyətin tamamilə üzərimizdə olması ədalətli deyil. Biz
dünyanın hər yerinə səpələnmişik. Hətta insanların əksəriyyətinin
adını eşitmədiyi ölkələrdə də varıq. Həqiqətən gülməlidir”, - deyə
Ağ Ev rəhbəri bildirib.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların
uzadılması haqqında qərarı dərc edib. İqtisadi
sanksiyaların yarım il müddətinə uzadılması haqqında qərar Avropa
İttifaqının rəsmi jurnalında dərc edilib. Qeyd edilir ki, qərar 31
iyul 2019-cu il tarixinə kimi qüvvədə qalacaq.
Rusiyalı politoloq, Milli Strategiya İnstitutunun
rəhbəri Mixail Remizov 2019-cu ildə Rusiya üçün əsas riskləri
açıqlayıb. Remizov gələn il Rusiyanın sərhədləri
yaxınlığında Qərblə qarşıdurma aparacağını proqnozlaşdırır.
Onun fikrincə, Rusiya üçün başlıca risk Qərblə aparılan iqtisadi
müharibə olacaq.
Gələn il Qarabağda toqquşmalar başlayır və Bakı... - Rus politoloq HƏR ŞEYİ AÇDI
Ukrayna
Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika
Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən
“Vaqner” xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini
müəyyənləşdirib. Qurumun saytında verilən məlumata
görə, “Vaqner” muzdluları bu ilin əvvəlində Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən
Afrika ölkəsinə göndərilib.
Azərbaycanlı jurnalisti erməni qətlə yetirib - ŞOK FAKTLAR
Koreya böhranı
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın
silahsızlandırılması ilə bağlı məsələdə inkişaf meyillərinin
olduğunu bəyan edib. Bu barədə o, Tvitter səhifəsində
yazıb.
“Şimali Koreya ilə bağlı çalışan komandamın Milad ərəfəsi iclası
baş tutdu. İrəliləyiş var. Kim Çen İnlə növbəti görüşümü
gözləyirəm”, - deyə Ağ Ev rəhbəri bildirib.