"Çelsi"də elə də çox forma geyinmək şansı qazanmayan Sesk Fabreqasın tezliklə London klubundan ayrılacağı gözlənilir.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ispan futbolçunu istəyən klubların sayı yetərincədir. İtaliya nəhəngi "Milan"ın Fabreqasın xidmətində maraqlı olduğu bir müddət əvvəl açıqlanmışdı. İndi isə Tyerri Anrinin baş məşqçisi olduğu "Monako"nun da 31 yaşlı yarımmüdafiəçinin keçidini həll etməyə hazırlaşdığı bildirilir. Anri ilə Fabreqasın münasibətinin yaxşı olması, bu keçidin baş tutmaq ehtimalını artırır.Bundan başqa, Türkiyənin "Fənərbaxça" klubunun da futbolçunun keçidini həll etmək istədiyi deyilir."Çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin güvənmədiyi Fabreqas, cari mövsümdə İngiltərə Premyer Liqasında cəmi 5 qarşılaşmada iştirak edib.İspan yarımmüdafiəçinin "zadəganlar"la olan müqaviləsi 2019-cu ilin yayında bitir.Milli.Az