Dünən axşam Serbiyanın paytaxtı Belqradda minlərlə adamın iştirakı ilə etiraz aksiyası keçirilib.Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, əksəriyyəti sarı jilet geyinmiş nümayişçilər pensiya qanunvericiliyinin dəyişdirilməsini tələb ediblər.Növbəti mitinqin yanvarın 6-da keçiriləcəyi bildirilib. Ən kütləvi nümayişin isə yanvarın 16-da - Kosovoda serbiyalı siyasətçi Oliver İvanoviçin öldürülməsinin ildönümündə keçirilməsi planlaşdırılır.Milli.Az