
Mənbə qeyd edir ki, Sen-Barteleminin gözəl iqliminə və məşhur dostlarının əhatəsində olmasına baxmayaraq, Roman Abramoviç xeyli qəmgin görünürmüş. Ola bilsin ki, onun kefinə Britaniya hökumətinin qara siyahısına düşməsi və bu ölkəyə bir də investisiya vizası ala bilməyəcəyi soğan doğrayıb. Bu yaxınlarda sahibkar İsrail vətəndaşlığı alıb və bu imkan verir ki, Abramoviç heç bir əlavə sənəd tələb olunmadan Britaniya ərazisinə daxil olsun. Lakin İsrail vətəndaşlığı ona Böyük Britaniyada işləmək hüququ vermir. Hazırda milyarderin hüquqşünasları vəziyyətdən çıxış yolu axtarırlar.
Roman Abramovişin 23 yaşlı qızı Sofiya isə bu günlərdə Maldiv adalarında istirahətə üstünlük verib. O, "İnstagram" sosial şəbəkəsindəki 10 minə yaxın abunəçisini çimərlik geyimində çəkdirdiyi yeni fotoşəkillərlə sevindirib. Lakin Sofiyanın da kefi yoxdur. Dizə qədər suda olduğu fotonun şərhində o yazıb: "Dəniz mənim gələcəyimdən daha aydındır".Milli.Az