Bakıda 6-7 manata ƏT SATILIR

Bu gün Bakıdakı bütün qəssabxanalarda dana ətinin 1 kiloqramı 10-11 manata təklif olunur.

Təəccüb doğuran məqam odur ki, qəssabxanalarda və mağazalarda ətin kiloqramı 10-11 manat arasında olsa da, bəzi yerlərdə daha ucuz ətə rast gəlmək mümkündür. Xüsusən də, bakıətrafı qəsəbələrdə yerləşən bəzi qəssabxanalarda dana ətininin 1 kiloqramı hazırkı qiymətindən təxminən iki dəfə ucuz, yəni 6-7 manata satılır. Həmin ətlərin bu qədər ucuz olmasının səbəbi nədir?

Qəssablar deyirlər ki, ətin ucuz olmasının səbəbi heyvanın erkək yox, dişi olmasıdır. Yəni, 6-7 manata satılan ətlər dana yox, inək əti olur. Bu səbəblə, alıcılara ucuz qiymətə təklif olunur.

Maraqlıdır, AQTA bu məsələyə nə deyir? Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumatda bildirilir:

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması,əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsidir. Eyni zamanda, satışa çıxarılan ət və ət məhsulları müvafiq laborator analizlərdən keçirilir. Yalnız bundan sonra məhsulun satışına icazə verilir. Əgər vətəndaşların ətin tərkibi ilə bağlı hər hansı şübhəsi və ya narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən dərhal sonra şikayətlər Agentliyin əməkdaşları tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun addımlar atılacaq".

Xəyalə Məmmədova / METBUAT.AZ

DİQQƏT! Havanın temperaturu yüksələcək -PROQNOZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR